Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, Azərbaycan derbisinə biletlərin qiyməti isə 1 AZN olacaq. 
 
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb: "Daim meydanda mübarizəni prioritet tutan "Qarabağ"ın Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi"ylə oyununu izləmək istəyən qonaq komandanın azarkeşləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletlərini 1 AZN-ə əldə edə bilər.
 
Hazırda stadionun kassalarında "Sevilya"yla matçın bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq".
 
"Qarabağ" - "Neftçi" oyununa sabah saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest