Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olacaq Azərbaycan milli komandası Kardiffə çatıb. Matc.az xəbər verir ki, Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Uelsin paytaxtına enib.
 
"Hilton" otelində məskunlaşan yığmamızın sentyabrın 5-də son məşqi və mətbuat konfransı baş tutacaq.
 
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Uels - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest