Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü üç oyun baş tutub. 

"Ankaragücü" – "Kayserispor" matçında qalib müəyyənləşməyib. "Alanyaspor" evdə "Kasımpaşa"nı darmadağın edib.

Turun mərkəzi görüşündə "Fənərbaxça" səfərdə "Başakşəhər"in qonağı olub. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar son dəqiqələrdə vurduqları qollar sayəsində əzmkar qələbəyə seviniblər.

Türkiyə Super Liqası
2-ci tur

23 avqust

Beşiktaş – Göztəpə 3:0
Qol: G.Yalçın, 45+1. C.Erkin, 54. Lyayiç, 59.

24 avqust

Ankaragücü – Kayserispor 1:1
Qol: Orgill, 59 – U.Bulut, 90+3.

Alanyaspor – Kasımpaşa 4:1
Qol: Bakasetas, 29. Sisse, 54. Fernandes, 60. Bammu, 89 – Tiam, 33.

Başakşəhər – Fənərbaxça 1:2
Qol: Krivelli, 32 – Muriqi, 77. Dirar, 90+2.

25 avqust

20:15 Rizəspor – Sivasspor
20:15 Trabzonspor – Yeni Malatyaspor
22:45 Antalyaspor – Dənizlispor
22:45 Qalatasaray – Konyaspor

26 avqust

21:00 Qazişəhər – Gənclərbirliyi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest