Futbol üzrə Latviya çempionatında 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Əli Şirinovun formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Spartak"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Əli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Dauqavpils" hazırda 24 xalla 9 komanda arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest