19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Matç.az saytı xəbər verir ki, millimizin oktyabrın 6-dan 16-dək davam edəcək hazırlıq prosesi Bakıda baş tutacaq.

Yığmanın baş məşqçisi Vüqar Məmməd toplanışa 25 futbolçu dəvət edib. Bu oyunçular arasında Rusiya, Almaniya, Belarus və Litva klublarında çıxış edən legionerlər də yer alıb: Murad Mahmudov (FSV "Frankfurt ", Almaniya), Kamran Quliyev ("Yonova", Litva), Əkbər Vəliyev ("Keşlə"), Ruslan Ərzumanov ("Krasnodar", Rusiya), Elvin Əliyev ("Naftan", Belarus), Nail Alışov, Elcan Hafizli (hər ikisi "Neftçi"), Nicat Mehbalıyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Turan Vəlizadə, Tural Bayramov, Elvin Cəfərquliyev, Elvin Talıbov, Xəqani Sadıqov (hamısı "Qarabağ"), Rüstəm Nuriyev, İdris İnqilablı, Samir Qurbanov (hamısı "Qəbələ"), Zahid Mərdanov, Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Elnur Ibrahimov ("Spartak-2", Moskva, Rusiya), Hüseyin Əhmədov ("Zirə").

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest