Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Tula "Arsenal"ı ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Ufa" 5 turdan sonra 4 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest