"Milan" heyətinə daha bir futbolçu qatıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Flamenqo"nun müdafiəçisi Leu Duarte "rossonyerlər"lə anlaşıb.

A seriyası təmsilçisi bu keçid müqabilində Braziliya klubuna 11 milyon avro ödəyib. 23 yaşlı "sambaçı" isə yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, indiyə qədər yalnız "Flamenqo"da çıxış edən Leu Duarte bu komandanın heyətində 60 oyun keçirib, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest