"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda" klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.
 
Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, on biri yarımmüdafiəçi, ikisi hücumçudu.
 
Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;
 
Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 18. Tural Axundov, 25. Kiril Petrov, 26. ömər Buludov, 51. Mehmet Serin, 85. Şöhrət Yusifov;
 
Yarımmüdafiəçilər: 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Federiko, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 28. Stiven Jozef-Monroz, 33. Turan Vəlizadə, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar;
 
Hücumçular: 9. Baqali Dabo, 19. Rauf Əliyev.
 
Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 8-də "Bakcell Arena"da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest