"Keşlə"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matç.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə elan edib.

Mladen Milinkoviçlə yollarını ayıran paytaxt təmsilçisi Tərlan Əhmədovla anlaşıb. Klubun Müşahidə Şurasının bu gün baş tutan iclasından sonra "Keşlə" Əhmədova həvalə olunub. Onun müqavilə müddəti cari mövsümün sonuna qədər olub.

Qeyd edək ki, Tərlan Əhmədov son klubu "Neftçi"dən ötən mövsümün sonunda ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest