PSJ-nin hücumçusu Neymar komandadan ayrı fərdi məşqlərini davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı superulduz Asiya turniri çərçivəsində iyulun 30-da "Sidney"lə keçiriləcək yoxlama görüşünü buraxacaq.
ümumiyyətlə, 27 yaşlı hücumçunun çempionatın startına qədər fərdi şəkildə hazırlaşması gözlənilir. Hətta futbolçu Liqa1-in "Nim"lə avqustun 11-dəki açılış turunu buraxmaq ehtimalı da var. Bu müddətdə o, xüsusi məşqçinin rəhbərliyi altında çalışmalarını davam etdirəcək.
Qeyd edək ki, Neymarın xidmətində başda "Barselona" olmaqla, bir neçə Avropa nəhəngin maraqlıdı.