"Atletiko"dan yenicə ayrılan Filipe Luis Braziliya millisindəki komanda yoldaşı Neymarla bağlı maraqlı fikirlər səsləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, sol cinah müdafiəçisi PSJ-nin forvardına "Barselona"ya qayıtmağı məsləhət görüb.

Filipe Luis bunun Braziliya futboluna da xeyir verəcəyini düşünür: "Neymarın karyerasını "Barselona"da bitirməsini istəyirəm. Orda xoşbəxt idi. Onun Messi ilə birlikdə oynamasının tərəfdarıyam. Neymarın "Barselona"ya qayıtmağı Braziliya futboluna da xeyir verər. Ancaq bu, heç də asan deyil".

"Barselona"nın vitse-prezidenti Kardoner isə Neymarın gündəmlərində olmadığını söyləyib: "Neymarı transfer etmək məsələsi mövcud deyil. Düzdü, onun PSJ-də xoşbəxt olmaması aktual məsələdi, ancaq biz bunu dəyərləndirmirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest