Bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks-hücumda qol vurdu
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib
"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, fransalı futbolçu qolsuz bitən matçla bağlı öncə bunları söyləyib
Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən "Neftçi"nin futbolçusu Donald Gerye jurnalistlərə müsahibə verib. Matc.az xəbər verir ki, haitili yarımmüdafiəçi nəticəni qənaətbəxş hesab edib
Əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma bir xala görə də razı gedə bilərik. İndi diqqətimizi APOEL-lə Kipdəki oyuna yönəldə bilərik"
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının IX turunun rəmzi komandası müəyyənləşib. "Qarabağ"ın futbolçuları yenə çoxluq təşkil edir. Belə ki, Ağdam klubunun 4 üzvü simvolik heyətə düşüb.
"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun "Səbail"lə görüşündə rəsmiləşdirib. Əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb.
Azərbaycan Premyer Liqasının IX turu "Zirə"nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub. "Sabah"la səfər görüşünə kapitan kimi çıxan yarımmüdafiəçi "qartallar"ın heyətində yubiley - 50-ci oyununu keçirib.
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın IX turunda evdə "Səbail"i məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis qarşıdakı "Neftçi" ilə matç barədə də danışıb:
Maraqlı oyun alındı. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki kollektiv qələbə qazana bilərdi. İlk yarıda qol epizodlarımız oldu. Son ötürmələrdə dəqiqlik yox idi. Bu isə bizi narahat edir. "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldır. İkinci dövrədə xal qazana bilmirik və bu, bizi razı sala bilməz. Matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq
"Sumqayıt" Premyer Liqada 250-ci qolunu vurub. Bu, mövsümün IX turunun "Neftçi" ilə ev oyununa təsadüf edib. "Kapital Bank Arena"da 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.