"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bavariya"ya qayıtmaqda maraqlı deyil.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenburq məlumat yayıb:
 
"Bavariya" Pepin ürəyindədir, lakin o, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir. O, burada çox xoşbəxtdir, 2025-ci ilə qədər də müqaviləsi var. “Bavariya”ya qaytmaq məsələsi aktual deyil”.
 
Xatırladaq ki, Qvardiola daha əvvəl 2013-2016-cı illərdə "Bavariya"da çalışıb. Xosep komandaya 3 Almaniya çempionluğu və 2 Almaniya Kubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest