Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
Turun qapanış matçında lider "Qarabağ" "Səbail"i qəbul edib. Paytaxt təmsilçisi mövsümə yaxşı start versə də, son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşmişdi. Ağdam klubu isə ardıcıl 7 qələbənin ardından ötən tur "Qəbələ" ilə oyunda xal itirmişdi. İlk dövrədə bu rəqibini 4:0 hesabıyla məğlub edən "Qarabağ", yenə aşkar favorit hesab olunurdu. Ağdam klubu qarşılaşmanın son dəqiqələrində vurduğu yeganə qol sayəsində meydanı qalib tərk edib.
 
Xatırladaq ki, bu turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Keşlə" - "Qəbələ" 2:1, "Sabah" - "Zirə" 2:2, "Sumqayıt" - "Neftçi" 2:4.
 
Azərbaycan Premyer Liqası
9-cu tur
28 oktyabr
 
"Qarabağ" – "Səbail" 1:0
Qol: Q.Qarayev, 86.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
 
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. ürfan Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 22. Mirabdulla Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest