Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürüb. Matc.az xəbər verir ki, bu gün keçiriləcək görüşdə ilk finalçı müəyyənləşib.

Parisdə PSJ Dortmund “Borussiya”sını qəbul edib. Görüş Almaniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb və beləliklə "Borussiya" ümumi hesabda 2:0 qalib gələrək ilk finalçı olub.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunları
7 may

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 0:1 
​​​​​​​Qol: Hummels, 50
Baş hakim: Daniele Orsato (İtaliya)
Paris, “Park De Prens”
İlk oyun – 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest