“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı oyunçu ilə “Çelsi” maraqlanır.

London təmsilçisi Ukrayna millisinin üzvünün nümayəndələri ilə danışıqlara başlayıb. Gənc oyunçunun müqaviləsində 125 milyon funt-sterlinq məbləğində sərbəst qalma bəndi göstərilib. Lakin klubların daha aşağı rəqəmə anlaşacağı gözlənilir. Transfer qiyməti 65 milyon funt-sterlinq olaraq qiymətləndirilir.

Qeyd edək ki, Georgi Sudakov “Arsenal”, “Mançester Siti”, “Liverpul” və İtaliya klublarının da diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest