“Bavariya”nın idman direktoru Maks Eberl Münhen klubunun “Bayer”in yarımmüdafiəçisi Florian Virts üçün 100 milyon avro ödəməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, klub rəsmisi bu variantın baş tutma ehtimalının az olduğunu etiraf edib.

O, 21 yaşlı pleymeykerlə maraqlandıqlarını da gizlətməyib: “Bavariya” keçən yay Harri Keyni transfer etməklə göstərdi ki, klub bu qədər pul xərcləməyə qadirdi. Lakin hər il yox. Florian Virts və ya Harri Keyn səviyyəli oyunçu bazarda mövcud olduqda bunu nəzərə almalıyıq. Amma futbolçunun klubumuza keçməkdən imtina etməsi də mümkündü”.

Qeyd edək ki, Florian Vitsin “Bayer”lə müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest