Azərbaycan Premyer Liqasının IX turu "Zirə"nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub. "Sabah"la səfər görüşünə kapitan kimi çıxan yarımmüdafiəçi "qartallar"ın heyətində yubiley - 50-ci oyununu keçirib.

Azərbaycan Premyer Liqasının IX turu "Zirə"nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Sabah"la səfər görüşünə kapitan kimi çıxan yarımmüdafiəçi "qartallar"ın heyətində yubiley – 50-ci oyununu keçirib.

O, bu müddətdə 5 qola imza atıb. Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə "Zirə" forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın "Keşlə" ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib.

Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. İki illik fasilədən sonra bu yay "Zirə"yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.

Qeyd edək ki, Elvin Məmmədov "Zirə"nin heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest