“Real”ın sabiq kapitanı Fernando Yerronun yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, ispaniyalı Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”də çalışacaq.

Belə ki, İspaniya yığmasının keçmiş oyunçusu Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl Nəsr”in yeni idman direktoru təyin olunub. O, 2022-ci ildən Meksikanın “Qvadalaxara” klubunda eyni vəzifəni icra edirdi.

Qeyd edək ki, Fernando Yerro daha əvvəl DÇ-2018-də İspaniya Futbol Federasiyasının (RFEF) idman direktoru vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest