"Qarabağ"la oyun daha çətin olacaq" - "Düdelanj"ın baş məşqçisi
"Bizim həm "Qarabağ", həm də APOEL-dən bir üstünlüyümüz var. O da "Sevilya"ya qarşı hər iki oyunu keçirməyimizdi. İspanlarla artıq oyunumuz qalmayıb. Bu üstünlükdən yararlanmaq lazımdı. Bu günkü matçlar həm "Qarabağ", həm APOEL, həm də bizim üçün son şans ola bilər".