İsveç millisinin və "Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç 45 yaşını möhtəşəm şəkildə qeyd edib. Bahalı avtomobillərə sevgisi ilə tanınan futbolçu kolleksiyasını eksklüziv "Ferrari F80" modeli ilə zənginləşdirib.

Matc.az xəbər verir ki, "Ferrari F80" İtaliya markasının əfsanəvi "LaFerrari" modelinin xələfi kimi 2024-cü ildə təqdim olunan ən yeni flaqman hiperkarıdır. Avtomobilin baza qiyməti 3,6 milyon avro təşkil edir, istehsal sayı isə cəmi 799 nüsxə ilə məhdudlaşıb.

Nadir tapıldığı üçün təkrar bazarda "Ferrari F80" modelinin qiyməti 5,5-7 milyon dollara çata bilər. Beləliklə, İbrahimoviçin yeni alışı onun kolleksiyasında növbəti son dərəcə bahalı və eksklüziv avtomobil olub.

Xatırladaq ki, İbrahimoviç peşəkar karyerasını 2023-cü ilin iyununda başa vursa da, futboldan uzaqlaşmayıb. İsveçli sabiq hücumçu hazırda "Milan"ın strukturunda qalır və "RedBird Capital" ilə "Cerri Kardinale"nin baş məsləhətçisi kimi fəaliyyət göstərir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest