UEFA futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin növbəti dörd oyununa hakim təyinatlarını açıqlayıb.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, “Sevilya” – “Roma” matçı niderlandlı Byorn Kuypersə tapşırılıb.
 
“Vulverhempton” – “Olimpiakos” matçını Şimon Marçinyak, “Bayer” – “Reyncers” görüşünü isə Danni Makkeli idarə edəcək. “Bazel” – “Ayntraxt” oyununun baş hakimi isə Antonio Mateu Lahos olacaq.
 
Görüşlər avqustun 6-də keçiriləcək.
 
Avropa Liqası
1/8 finalın cavab oyunları
5 avqust
 
20:55 Kopenhagen (Danimarka) – Başakşəhər (Türkiyə)
İlk oyun – 0:1
Baş hakim: Daniele Orsato (İtaliya)
 
20:55 Şaxtyor (Donetsk, Ukrayna) – Volsfburq (Almaniya)
İlk oyun – 2:1
Baş hakim: İvan Krujlyak (Slovakiya)
 
23:00 İnter (İtaliya) – Xetafe (İspaniya)
İlk oyun baş tutmayıb
Baş hakim: Entoni Teylor (İngiltərə
 
23:00 Mançester Yunayted (İngiltərə) – LASK (Avstriya)
İlk oyun – 5:0
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
 
6 avqust
 
20:55 Bayer (Almaniya) – Reyncers (Şotlandiya)
İlk oyun – 3:1
Baş hakim: Danni Makkeli (İtaliya)
 
20:55 Sevilya (İspaniya) – Roma (İtaliya)
İlk oyun baş tutmayıb
Baş hakim: Byorn Kuypers (Niderland)
 
23:00 Bazel (İsveçrə) – Ayntraxt (Almaniya)
İlk oyun – 3:0
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
 
23:00 Vulverhempton (İngiltərə) – Olimpiakos (Yunanıstan)
İlk oyun – 1:1
Baş hakim: Şimon Marçinyak (Polşa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest