Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
 
Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Avstriya LASK-ını səfərdə 5:0 hesabıyla məğlub edən "Mançester Yunayted"dən 6 futbolçu yer alıb:
 
Qapıçı: Jonas Omlin ("Bazel");
 
Müdafiəçilər: Brandon Uilliyams, Luk Şou, Erik Bayi (hər üçün "Mançester Yunayted"), Eray Kyumart ("Bazel");
 
Yarımmüdafiəçilər: çarles Aranqiz ("Bayer"), Fred, Daniel Ceyms (hər ikisi "Mançester Yunayted"), Samuele Kampo, Kevin Bua (hər ikisi "Bazel");
 
Hücumçu: Odion İqalo ("Mançester Yunayted").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest