Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunmuş xüsusi yoldaşlıq görüşü keçirilib.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunmuş xüsusi yoldaşlıq görüşü keçirilib.

Matc.az xəbər verir ki, tarixi məkandakı yubiley matçında Azərbaycanın "Neftçi" və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteran futbolçuları üz-üzə gəliblər.

Qarşılaşmada "ağ-qaralar" litvalı rəqibini 10:9 hesabı ilə məğlub etməyi bacarıblar. Maraqlıdır ki, bu iki komanda Tofiq Bəhramov adına stadionun açılış ili olan 1951-ci ildə də rəsmi olaraq üz-üzə gəliblər.

Həmin tarixi qarşıdurmada da bakılılar Vilnüs təmsilçisini rəqib qapısına 4 cavabsız qol vurmaqla (4:0) məyus etmişdilər. Arenanın tarixindəki ilk qolu isə əfsanəvi hücumçu Ələkbər Məmmədov vurmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest