Futbol üzrə Avropa Liqasının 2022-ci ildə keçiriləcək final matçının stadionu bəlli olub.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 2022-ci il Avropa Liqasının final oyunu Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
 
UEFA superkuboku matçı 2022-ci ildə Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest