"Keşlə" Azərbaycan çempionatlarında 400-cü ev qolunu vurub. Bu, Premyer Liqanın IV turunun "Səbail"lə matçına təsadüf edib. Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə fərqlənən Lorenzo Frutos yubiley qolunun müəllifi olub.
"Bu gün istəmədiyimiz nəticə oldu. Çalışırdıq ki, bu matçda qalib gələk. Üç xal istəyirdik, çünki qələbəmiz yox idi. Amma belə alındı. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq uğursuz seriyaya son qoyaq və gələn oyunda mütləq qalib gələk".
"Komandanın özəyini gənc oyunçular təşkil edir. Onlar da getdikcə formaya düşəcəklər. Sadəcə, buna vaxt lazımdı. Hamı deyirdi ki, bu "Qəbələ" ötənilki komanda deyil. Amma nəzərə almaq lazımdı ki, həmin büdcə və həmin oyunçular deyil".
"Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Deməli, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdu".
"Fasilədə həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan vəziyyəti düşünməyə çalışdıq. Qısa müddətdə yanaşma dəyişdi. Sabiq baş məşqçi Sənan Qurbanov uşaqlıqdan bir yerdə oynadığım, daha sonra birgə çalışdığım şəxsdi".
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq.
Azərbaycan Premyer Liqasında V turun təqvimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, oyunlar 3 günü əhatə edəcək. Turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının III turunun rəmzi komandası müəyyənləşib. Həmçinin turun oyunçusu da seçilib. 362 göstərici ilə "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana hamıdan yaxşı olub. İspan oyunçu "Səbail"ə qarşı görüşdə 90 dəqiqə meydanda olub.
Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Peşəkar Futbol Liqası oyunların başlama vaxtını açıqlayıb. İki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
"Sumqayıt" Futbol Klubu olaraq hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik.
Azərbaycan Premyer Liqasının III turunun "Səbail"lə oyunu "Qarabağ"ın iki futbolçusu üçün yubileylə əlamətdar olub. Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib.
Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Milli komandaların seçmə mərhələ oyunları üçün çempionatda verilmiş fasilədən sonrakı ilk turda azarkeşlər mərkəzi oyuna şahidlik edəcək. Belə ki, "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər edilib. Bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının II turunun rəmzi komandası müəyyənləşib. İki futbolçu ardıcıl ikinci dəfə simvolik komandaya düşə bilib. Bunlar "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov və yarımmüdafiəçisi İsmayıl İbrahimlidi.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.