19 İyul 2019, 16:17
FUTBOL
Yaponiyada təlim-məşq toplanışında olan "çelsi" 3-cü yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, "zadəganlar" yerli "Kavasaki Frontale" ilə qarşılaşıb.
Görüşün taleyini 1 top həll edib. Ev sahiblərinin braziliyalı futbolçusu Leandro Damiaunun 86-cı dəqiqədəki qolu yeganə olub və "Kavasaki Frontale" 1:0 hesablı qələbə qaanıb.
Bu, "çelsi"nin toplanış çərçivəsində yeni baş məşqçi Frenk Lempardın rəhbərliyi altında ilk məğlubiyyəti olub. London təmsilçisi ilk iki görüşün birində heç-heçə edib, digərində qələbə qazanıb.

_1789745813.jpg)





_1789735631.jpg)



_1789731172.jpg)

