«Mançester Yunayted»in keçmiş yarımmüdafiəçisi Roy Kin Maykl Kerrikin klubun baş məşqçisi təyin olunması ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Stick to Football verilişində bildirib ki, Kerrik ötən mövsüm bu vəzifəni qəbul edəndə onlar elə əvvəldən bunun uzunmüddətli həll yolu olmadığını demişdilər.

Kinin sözlərinə görə, komandanı bir neçə oyun idarə etmək başqa məsələdir, bütün futbol klubuna rəhbərlik etmək isə tamamilə fərqlidir. Bura mövsümöncəsi hazırlıqlara nəzarət, gözləntilərin idarə olunması və heyətin formalaşdırılması daxildir.

Keçmiş yarımmüdafiəçi qeyd edib ki, keçən il komanda nəticə qazanırdı və insanlar məhz buna görə Kerrikin bu vəzifəyə layiq olduğunu iddia edirdilər. İndi isə nəticələr yoxa çıxıb və birdən günahkar kimi klub rəhbərliyi, Ceyson Uilkoks və ya başqaları göstərilir.

Kin əlavə edib ki, Kerrik və onun məşqçilər heyəti, yəni Conni Evans, Conatan Vudqeyt və Stiv Holland, hələ də «Mançester Yunayted»də işlədikləri üçün şanslıdırlar. Onun fikrincə, onlar cəsarətli olmalı və nəhayət nəticə verməyə başlamalıdırlar, özü də elə bu şənbə günündən. Kin onların «Çelsi»ni məğlub etməli olduğunu vurğulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest