“La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, bu, Avropanın ən böyük sığorta şirkətlərindən olan “Assicurazioni Generali” ilə əldə edilən razılaşma nəticəsində mümkün olub. Şirkət arenaya ad vermək hüququnu qazanıb.

“Milan” və “Inter” klubları üçün nəzərdə tutulan, “San Siro”nu əvəz edəcək yeni stadionun adı bəlli olub. Matc.az xəbər verir ki, arena “Generali Stadium” adlanacaq.

2031/2032-ci il mövsümünə qədər istifadəyə verilməsi planlaşdırılan stadion əfsanəvi “San Siro”nu əvəzləyəcək.

“La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, bu, Avropanın ən böyük sığorta şirkətlərindən olan “Assicurazioni Generali” ilə əldə edilən razılaşma nəticəsində mümkün olub. Şirkət arenaya ad vermək hüququnu qazanıb.

Mənbəyə əsasən, təxminən 20 il müddətinə bağlanan bu müqavilə hər iki kluba təqribən 650 milyon avro gəlir gətirəcək. “Milan” və “Inter”in nümayəndələri razılaşmanı dünya futbolunda ən əhəmiyyətli sazişlərdən biri hesab edirlər.

Bununla belə, beynəlxalq matçlarda stadion fərqli adla çıxış edəcək. Sponsorun adı bu cür qarşılaşmalarda istifadə olunmadığı üçün arena həmin oyunlarda “Generali Stadium” yox, “Milano Stadium” adlandırılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest