30 Oktyabr 2026, 14:33
FUTBOL
Madrid «Real»ının ingilis sağ müdafiəçisi Trent Alexander-Arnold yenidən «Liverpul»a qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə SER Deportivos məlumat verib.
Bildirilir ki, ingilis klubu qış transfer pəncərəsində «Real» müdafiəçisinin transferini nəzərdən keçirir və artıq onun yaxın çevrəsi ilə əlaqə qurub. Əvvəlcə razılaşma icarə formasında rəsmiləşdirilə bilər.
Transfer prosesini iki amil çətinləşdirə bilər: futbolçunun yüksək maaşı və onun «Real»ın yarımmüdafiəçisi Cud Bellinqemlə dostluğu.
Trentin getməsi halında madridlilərin baş məşqçisi Joze Mourinyonun «Tottenhem»də çıxış edən Pedro Porronu transfer etməyi xahiş edəcəyini ehtimal edib.
Alexander-Arnold «Liverpul»un yetirməsidir, 2004-cü ildən klubun heyətində olub. O, «Real»a 2025-ci ildə keçib. Madridə köçdüyündən bəri ingilis əsas heyətdə möhkəmlənə bilməyib: keçən mövsüm start heyətində cəmi 14 oyunda çıxış edib, cari mövsümdə isə yalnız üç dəfə start heyətində meydana çıxıb.













