Qavi cari mövsümdə bütün turnirlərdə yeddi oyuna çıxıb. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın yarımmüdafiəçisi Qavini heyətinə qatmaqda maraqlıdır. Matc.az xəbər verir ki, bu barədə  “El Nacional” məlumat yayıb.

Ötən yay Enrike katalon klubundan Ferran Torresin transferini həyata keçirmişdi.

Mənbənin yazdığına görə, ispan mütəxəssis Qavinin keyfiyyətlərinə yaxşı bələddir. Onlar birlikdə İspaniya milli komandasında çalışıblar və Enrike bir müddət əvvəl futbolçunu PSJ-yə gətirmək barədə düşünmüşdü. Qeyd olunur ki, Enrikenin rəhbərliyi altında yarımmüdafiəçi əsas heyətdə yerini möhkəmləndirə və sabit oyun formasını bərpa edə bilər.

Qavi cari mövsümdə bütün turnirlərdə yeddi oyuna çıxıb. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest