“Biz klub daxilindəki mövcud vəziyyəti başa düşürük. Əvvəllər də dediyim kimi, o, bu heyət üçün vacib oyunçudu. Həmişə belə olub, bundan sonra da belə olacaq. Öz aramızda bilirik ki, nələrsə dəyişməlidi və vəziyyəti düzgün istiqamətə yönəltməliyik”. Matc.az xəbər verir ki, bunu  “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik deyib.

O, Bruno Fernandeşin komandanın kapitanı vəzifəsində qalacağını söyləyib.

Portuqaliyalı yarımmüdafiəçi Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Komo”ya 1:4 hesabı ilə uduzduqdan sonra komandanın taktikasını tənqid etmişdi.

Dünən axşam Kerrik və Bruno vəziyyətə aydınlıq gətirmək məqsədilə klubun məşq bazasında görüşüblər.

Məşqçinin sözlərinə görə, futbolçu işlərin yoluna qoyulmasında qərarlıdı: “Onun şərhləri heç nəyi dəyişmir. O, uzun illər və çoxsaylı oyunlar ərzində komanda üçün əla lider olub və belə də qalacaq”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest