29 Oktyabr 2026, 17:32
FUTBOL
ABŞ-nin Florida ştatında üç yaşlı futbolçu Nevada Pyerin iştirakı ilə keçirilən uşaq oyunu qalmaqalla nəticələnib. Matc.az xəbər verir ki, məlumata görə, liqa rəsmiləri ilə uşağın valideynləri arasında mübahisə yaranıb və hadisə yerinə polis çağırılıb. Valideynlər oğullarının yaxşı oyun göstərdiyinə görə kənarlaşdırıldığını iddia ediblər. Liqa nümayəndəsi isə mübahisənin uşağın meydandakı davranışı və valideynlərin narazılığı ilə bağlı olduğunu bildirib.
Polis hadisənin cinayət xarakteri daşımadığını, heç kimin həbs olunmadığını açıqlayıb. İnsidentin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və böyük müzakirələrə səbəb olub.













