Azarkeşlər hər səs üçün 1 avro ödəyib. 2008-ci ilin “Qızıl topu” səslərin 75 faizini toplayıb. İlk üçlüyə həmçinin müvafiq olaraq argentinalı hücumçu Lionel Messinin 2012-ci ildə və Ronaldunun 2017-ci ildə qazandığı mükafatlar daxil olub.

Futbol tarixinin ən yaxşı hücumçusu, portuqaliyalı Kriştianu Ronaldo “Bütün zamanların Qızıl topu” səsverməsinin qalibi olub. Matc.az xəbər verir ki, bu barədə “France Football” jurnalının məlumat yayıb.
 
Təşkilatçılar tarixin ən yaxşı “Qızıl topu” üzrə ödənişli səsvermə keçirib. Sorğuda 2008-ci ildə mükafatı qazanan Ronaldu qalib olub. O vaxt futbolçu “Mançester Yunayted”də çıxış edirdi və komandası ilə İngiltərə çempionatını və Çempionlar Liqasını qazanmışdı. Portuqaliyalı “Qızıl topu” ilk dəfə məhz o zaman alıb. Sonradan futbolçu bu mükafatı daha dörd dəfə qazanıb.
 
Azarkeşlər hər səs üçün 1 avro ödəyib. 2008-ci ilin “Qızıl topu” səslərin 75 faizini toplayıb. İlk üçlüyə həmçinin müvafiq olaraq argentinalı hücumçu Lionel Messinin 2012-ci ildə və Ronaldunun 2017-ci ildə qazandığı mükafatlar daxil olub.
 
“Qızıl top” mükafatının təqdimat mərasimi oktyabrın 26-da Londonda keçirilib. 2025/26 mövsümünün dünyanın ən yaxşı futbolçusu Almaniyanın “Bavariya” klubunun ingilis hücumçusu Harri Keyn seçilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest