Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, millimiz turnirin startında Latviya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-15 millimiz növbəti oyununu oktyabrın 23-də Litva, sonuncu qarşılaşmasını isə oktyabrın 26-da Malta yığmasına qarşı keçirəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da "Sentinari" stadionunda təşkil olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest