"The Times" nəşri Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinodan ikinci maaş alması barədə dərc olunan məqaləyə görə üzr istəyib.

Matc.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, oktyabrın 13-də dərc olunan materialda İnfantinonun 2024-cü ildə FIFA-dan ictimaiyyətə açıqlanmayan ikinci bir maaş aldığı iddia edilib.

"The Times" nəşrinin bəyanatında deyilir: "Oktyabrın 13-də Canni İnfantinonun FIFA-dan təşkilatın ictimaiyyətə məlumat vermədiyi ikinci maaş aldığı barədə xəbər vermişdik. Bu iddia yanlışdır. Heç bir ikinci maaş olmayıb. Qüvvədə olan qaydalara əsasən, FIFA cənab İnfantinonun aldığı xərclər və kompensasiyalar barədə məlumatı öz illik hesabatına daxil etməyə borclu deyil, çünki İsveçrənin maliyyə hesabatı tələblərinə uyğun olaraq, bunlar mükafat kimi təsnif edilmir.

Biz həmçinin qəbul edirik ki, cənab İnfantino Mayamidə daşınmaz əmlakı dəyəri aşağı göstərilmiş qiymətə əldə etməyib. Eyni zamanda, nə o, nə də ailə üzvləri "Shadi LLC" şirkətinin hüquqi və ya faktiki sahibləri deyillər və ona nəzarət etmirlər. Bu dəqiqləşdirmələri etməkdən məmnunuq və buraxılan səhvlərə görə cənab İnfantinodan və FIFA-dan üzr istəyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest