21 Oktyabr 2026, 15:40
FUTBOL
"Barselona" klubu Çempionlar Liqasının matçında PSJ-nin azarkeşləri tərəfindən açılan pankartla bağlı UEFA-ya şikayət ünvanlayıb.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, parisli ultraslar əlində zəncirli mişar olan maskalı bir insanın Kataloniya klubunun emblemini məhv etməsini təsvir ediblər. Pankartın daha effektli görünməsi üçün pirotexniki vasitələrdən də istifadə olunub.
"Barselona" rəhbərliyi belə bir pankartı "həddindən artıq aqressiv və təhqiramiz" hesab edərək UEFA-ya müvafiq sorğu göndərib. Azarkeşlərin təqsiri sübuta yetirilərsə, PSJ-ni cərimə və tribunaların bağlanmasına qədər cəza gözləyir.
Xatırladaq ki, görüş PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.












