"Bavariya"nın hücumçusu Harri Keyn "The Athletic" nəşrinin versiyasına görə ötən mövsümün yekunlarına əsasən "Qızıl top" mükafatını almağa əsas namizəd hesab olunur.

Matc.az xəbər verir ki, reytinqdə ikinci sıranı Münhen klubunun yarımmüdafiəçisi Maykl Olise, üçüncü yeri isə "Barselona"nın vingeri Lamin Yamal tutub.

Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

İlk onluq aşağıdakı kimidir:

1. Harri Keyn ("Bavariya")
2. Maykl Olise ("Bavariya")
3. Lamin Yamal ("Barselona")
4. Kilian Mbappe ("Real")
5. Rodri ("Barselona")
6. Erlinq Haland ("Mançester Siti")
7. Xviça Kvarasxeliya (PSJ)
8. Luis Dias ("Bavariya")
9. Cud Bellinqem ("Real")
10. Lionel Messi ("İnter Mayami")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest