"Yuventus" "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Höybyerqin transferi üçün fəal işə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Turin klubunun rəhbərliyi 31 yaşlı danimarkalı futbolçunun keçidini qış "transfer pəncərəsi" dövründə rəsmiləşdirməyi planlaşdırır. Artıq təcrübəli yarımmüdafiəçinin ətrafı ilə danışıqların ilkin mərhələsini reallaşdırıldığı bildirilir.

Paralel olaraq, turinlilərin skaut xidməti oyunçunu Danimarka millisinin heyətində Millətlər Liqasının son matçlarındakı çıxışı zamanı yaxından izləyib.

Höybyerq Danimarka futbolunun yetirməsidir. O, karyerası ərzində Münhen "Bavariya"sı, "Auqsburq", "Şalke-04", həmçinin İngiltərənin "Sauthempton" və "Tottenhem" klubları da daxil olmaqla bir çox tanınmış komandaların şərəfini qoruyub.

Danimarkalı yarımmüdafiəçi 2024-cü ilin yayında icarə əsasında "Marsel"ə keçib. Ötən yay isə Fransa klubu oyunçunun transfer hüquqlarına tam sahib çıxıb və onunla 2028-ci ilin iyun ayının sonunadək nəzərdə tutulan uzunmüddətli rəsmi müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest