"Mançester Siti"nin heyətinin ümumi dəyəri futbolçuların transfer qiymətləri üzrə ixtisaslaşmış "Transfermarkt" portalının dəyərləndirməsinə görə 1,5 milyard avroya çatıb.

Matc.az xəbər verir ki, bu barədə məşhur analitik portalı məlumat yayıb.

Son yenilənmənin nəticələrinə əsasən, "şəhərlilər" birinci pilləni heyətinin dəyəri eynilə 1,5 milyard avro olan "Real" ilə bölüşürlər.

Mövsümün startında "Mançester Siti"nin heyətində qiyməti ən çox artan oyunçular yarımmüdafiəçilər Enso Fernandes və Rayan Şerki olublar. Onların hər ikisi transfer dəyərinə 20 milyon avro əlavə edib.

Ümumilikdə isə Mançester klubunun heyəti 66 milyon avro bahalaşıb.

"Transfermarkt"ın versiyasına görə oktyabrın 7-nə olan ən bahalı heyətə malik ilk 5 komanda aşağıdakı kimidir:

1-2. "Real" – 1,5 milyard avro

1-2. "Mançester Siti" – 1,5 milyard avro

3. "Arsenal" – 1,38 milyard avro

4. PSJ – 1,36 milyard avro

5. "Barselona" – 1,3 milyard avro

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest