İspaniyalı futbolçu Pedro Rodriqes sosial şəbəkədə karyerasını başa vurduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə təcrübəli oyunçu şəxsi səhifəsində paylaşım edib.
Pedro Rodriqes paylaşımında bu sözləri qeyd edib:
"Hiss edirəm ki, vaxt gəlib çatdı. İrəliyə doğru addım atmaq və həyatımda yeni bir səhifə açmaq zamanıdır. Arzumu gerçəkləşdirdiyim üçün qürur hissi ilə, yanımda olan və buna kömək edən hər kəsə minnətdarlıqla ayrılıram. Məni bu qədər xoşbəxt etdiyin üçün təşəkkür edirəm, futbol".
Xatırladaq ki, 39 yaşlı yarımmüdafiəçinin son klubu İtaliyanın "Latsio" kollektivi olub. Pedro Rodriqes karyerası ərzində İtaliyanın "Roma", İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" klublarında çıxış edib. O, İspaniya millisinin heyətində dünya (2010) və Avropa (2012) çempionu olub.













