"Arsenal" baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssislə imzalanan yeni sözləşmə 2030-cu ilin iyun ayının sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, ispaniyalı çalışdırıcı London klubuna 2019-cu ilin sonunda, "Mançester Siti"də baş məşqçinin köməkçisi postundan ayrıldıqdan sonra rəhbərlik etməyə başlayıb.
Həmin vaxtdan bəri "topçular" onun rəhbərliyi altında 360 oyun keçirib, 224 qələbə qazanıb, 60 heç-heçə edib və 76 dəfə məğlub olublar. Bu müddətdə komanda 5 titul əldə edib. Xüsusilə, Arteta "Arsenal"ı 2025/26-cı illər mövsümündə son 22 ildə ilk dəfə Premyer Liqa çempionluğuna daşıyıb.
Premyer Liqanın 2026/27-ci illər mövsümünün yeni start götürmüş ilk 5 turundan sonra ispaniyalı mütəxəssisin yetirmələri 12 xalla ikinci pillədə qərarlaşıblar və yalnız çempionatın lideri "Mançester Siti"dən (15 xal) geri qalırlar.













