Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümündə I təsnifat mərhələsinə start verilir.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turnirin açılış matçında Lökbatan OİK stadionunda "Qaradağ Lökbatan" komandası "Şəki" kollektivini qəbul edəcək.

Günün digər maraqlı qarşılaşması isə Şirvan şəhərində baş tutacaq. Şirvan OİK stadionunda "Şəmkir" klubu ilə "Ağstafa Gəncləri" komandası növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7 oktyabr (çərşənbə)

14:30. "Qaradağ Lökbatan" – "Şəki"
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu,

14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest