"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisində karyerasını başa vurub.
"İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisində karyerasını başa vurub.
Matc.az xəbər verir ki, 39 yaşlı ulduz argentinalı forvard milli komandada vidalaşma matçını keçirib.
Bu, Buenos-Ayresdəki "Monumental Antonio Vespuççi Liberti" stadionunda Beninlə baş tutan yoldaşlıq görüşündə reallaşıb. Argentina rəqibini 3:0 hesabı ilə darmadağın edib, Messi isə 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Messi Argentinanın heyətində debütünü 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq oyununda (2:1) edib. Ümumilikdə onun hesabında argentinalıların heyətində keçirdiyi 208 qarşılaşmada 126 qol və 70 məhsuldar ötürmə var.
O, millinin heyətində DÇ-2022-nin, iki Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022) qalibi olub.













