18 yaşlı mərkəz yarımmüdafiəçisi Bara Sapoko Ndiaye "Bavariya"nın futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qambiya çempionatında çıxış edən "Qambinos Stars" klubundan transfer edilən futbolçu ilə 5 illik – 2030/31 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Seneqallı oyunçunun "Bavariya"nın baş məşqçisi Vensan Kompaninin bəyəndiyi futbolçulardan olduğu və belçikalı mütəxəssisin rəhbərliyi altında əsas komandada çıxış edəcəyi bildirilir.
Transfer məbləği 3,5 milyon avro təşkil edib. Ndiaye 2026-cı ilin ilk yarısını icarə əsasında "Bavariya"da keçirib və ötən mövsümün sonunda əsas komandada 4 matçda meydana çıxıb. Yayda isə o, Seneqal millisi ilə dünya çempionatına yollanıb və orada 1 oyunda şans qazanıb.













