PSJ "Barselona"nın və İspaniya millisinin hücumçusu Ferran Torresin mümkün transferi üzərində işləri davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Fransa klubu Kataloniya təmsilçisinə 50 milyon funt-sterlinq dəyərində rəsmi təklif göndərib. PSJ Ferranın müqaviləsinin başa çatmasına cəmi 1 il qaldığını nəzərə alaraq onu məhz bu məbləğə transfer etmək imkanını nəzərdən keçirir, əks halda onun qiyməti gözlənildiyi kimi 70–80 milyon avro olardı.

Danışıqların yekun mərhələdə olduğu qeyd edilir. Daha əvvəl 26 yaşlı ispaniyalı hücumçunun Paris təmsilçisi ilə 4 dillik şəxsi müqaviləsinin şərtlərini artıq tamamilə razılaşdırdığı bildirilirdi.

Xatırladaq ki, "Valensiya"nın yetirməsi olan Ferran 2022-ci il yanvarın 1-də "Mançester Siti"dən "Barselona"ya keçib. O, həmin vaxtdan bəri "göy-qırmızılar"ın heyətində 207 matçda meydana çıxıb, 65 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Torres İspaniya millisinin heyətində 2026-cı il dünya çempionatının qalibi olub. Kataloniyalıların futbolçusu finalda Argentinanın qapısına qol vuraraq komandasına 1:0 hesablı minimal qələbə qazandırıb. Onun "qırmızı furya"nın heyətində keçirdiyi ümumilikdə 65 oyunda 25 qolu və 9 məhsuldar ötürməsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest