"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib:

"Rəqib komanda Bakıya xoş gəlib. İnanıram ki, sabah həyəcanlı oyuna şahidlik edəcəyik. Lakin biz ev sahibi komandayıq. Azarkeşlərimizin dəstəyini hiss edəcəyimizə inanıram. Bir qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda nəticəyə görə fəxr edən tərəf olmaq istəyirik".

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest