10 Avqust 2026, 17:36
FUTBOL
"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo "Liverpul"a keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports News" telekanalı məlumat yayıb.
Bildirilir ki, uruqvaylı futbolçu artıq tibbi müayinədən uğurla keçib. Müdafiəçi mersisaydlılara 55 milyon avroluq satın alma variantı ilə icarə əsasında qoşulacaq.
Transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Arauxo klub səviyyəsində 38 matçda meydana çıxıb və 4 qol vurub. 27 yaşlı uruqvaylının kataloniyalılarla müqaviləsi 2031-ci ilin yayına qədərdir.













