"Barselona"nın yarımmüdafiəçisi Runi Bardaqji zədə səbəbindən uzun müddətə sıradan çıxa bilər.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı futbolçu məşq zamanı zədələnib və məşqi başa vura bilməyib.

İlkin müayinədən sonra Bardaqjinin dizindən ciddi zədə aldığı güman edilir və bu səbəbdən o, bir neçə aya qədər yaşıl meydanlardan kənarda qala bilər.

Qeyd olunur ki, zədə "Barselona"nın bu "transfer pəncərəsi"ndə Runi ilə yollarını ayırmaq planlarına mane ola bilər. Bundan əlavə, Bardaqjı daha əvvəl də dizindən ciddi zədə alıb və bu səbəbdən 10 ay buraxmalı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest