10 Avqust 2026, 15:25
FUTBOL
PSJ-nin hücumçusu Bredli Barkolya "Liverpul" ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər hələ də transfer məbləği ilə bağlı razılığa gələ bilmirlər. "Liverpul" Barkolya üçün 100 milyon avrodan bir qədər yüksək məbləğ təklif etsə də, PSJ bu təklifi geri çevirib.
Paris klubunun hücumçunu 170 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir.













